Kiyev Ukraynaya hücumlar üçün istifadə olunan Rusiya pilotsuz uçuş aparatlarında (PUA) Hindistana məxsus komponentlər aşkar edib.
“Report”un məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak sosial şəbəkələrdə bildirib.
"Təəssüf ki, Rusiyanın zərbə dronlarında Hindistan komponentləri aşkar edirik. Bu dronlar cəbhədə və mülki şəxslərə qarşı istifadə olunur. Rusiyalıları digər ölkələrdən komponentlər əldə etmək imkanından məhrum etmək lazımdır. Həmçinin Rusiya enerji resurslarının alınması müharibənin maliyyələşdirilməsidir. Bu da sülhə töhfə vermir", - o yazıb.