AZ

Tahir Gözəl: Büdcəmiz qaydasındadır, təkcə uyğun oyunçunu tapmaq qalır

“Yeni transfer üçün bütün şərait hazırdır, artıq top skaut komandadadır”.

Operativ Media xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl “CBC Sport” kanalına klubun yeni transfer planları ilə bağlı danışarkən deyib.

Tahir Gözəl bildirib ki, yeni futbolçu transferi üçün bütün zəruri şərait mövcuddur:

“Bizim səviyyəmizdə, sponsor səviyyəsində hər şey hazırdır. Büdcəmiz də, digər məsələlər də qaydasındadır. İndi qalır uyğun oyunçunu tapmaq. Artıq demək olar ki, skaut komandamız bu işlə tam gücü ilə məşğuldur. Hər şey onlardan, Elçin hocadan və Qurban hocadan asılıdır. Top artıq onlardadır, biz onlardan cavab gözləyirik”.

Klub prezidenti baş məşqçi Qurban Qurbanovun oyunçulara yanaşmasından da söz açıb:

“Qurban hocamın çox gözəl bir xasiyyəti var. O, futbolçunun yalnız meydandakı bacarığına deyil, həm də meydandan kənardakı əxlaqına ciddi fikir verir. Futbolçu mübariz olmalı, tənbəl olmamalı və "Qarabağ"a uyğun gəlməlidir. Əgər gələn futbolçu bizə uyğunlaşmasa, bu, həm vaxt itkisi, həm də böyük risk deməkdir”.

O qeyd edib ki, dünyada futbolçuların axtarışı çox çətin və həssas bir prosesdir:

“Bu gün haraya gedirsənsə, görürsən ki, 7 skaut komandası həmin futbolçunu izləyir. Bir daha deyirəm, gözləyirik ki, Elçin hocadan, Qurban hocadan və skaut komandamızdan xoş xəbər gəlsin. Biz də sizin kimi həyəcanla bu xəbəri gözləyirik”.

Seçilən
7
operativmedia.az

1Mənbələr