"Barselona"nın 18 yaşlı vunderkindi Lamin Yamal təkcə futbol meydanında yox, həm də şou-biznes dünyasında diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, iddialara görə, Yamalla məşhur argentinalı müğənni Nikki Nikol arasında romantik münasibət başlayıb. Bu informasiyalar təkcə şayiə səviyyəsində deyil. Yamalın doğum günü münasibətilə təşkil olunan qapalı tədbirdə Nikkinin iştirakı və cütlüyün öpüşməsi artıq sosial mediada müzakirələrə səbəb olub.
Əvvəlcə futbolçunun yanağındakı qırmızı pomada izi ilə çəkilmiş fotosu yayılıb. Az sonra isə Nikkinin rəfiqəsi eyni məzmunlu bir görüntü paylaşıb. Məşhur ispan jurnalist Xavi de Oyos məsələ ilə bağlı əlavə detallar da təqdim edib:
"Bəli, bu barədə mənə etibarlı bir mənbə məlumat verdi. 24 iyulda çimərlikdəki bir klubda Yamal və Nikki öpüşüb, gecə saat dördə yaxın birlikdə oradan ayrılıblar", – deyə Oyos bildirib.
Qeyd edək ki, Nikki Nikol daha əvvəl "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandeslə münasibətdə olub. Görünür, Yamal indi daha təcrübəli həmkarlarının izilə gedir.