AZ

“İnter”dən Lukman üçün yeni təklif

“İnter” “Atalanta”nın hücumçusu Ademola Lukmanı transfer etməkdə israrlıdır.

İdmanxeber.az-ın məlumatına görə, Milan klubu əvvəlki 45 milyon avroluq təklifin rədd edilməsindən sonra təklifi bonuslarla birlikdə 50 milyon avroya qədər artırmağa hazırlaşır.

Transferin məqsədi yeni baş məşqçi Kristian Kivunun sərəncamına mövsümə qədər güclü hücumçu verməkdir.

27 yaşlı Lukman ötən mövsüm A Seriyasında 31 oyuna 15 qol və 5 assistlə yadda qalıb.

Seçilən
19
1
idmanxeber.az

2Mənbələr