Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Fələstinli silahlı qrup HƏMAS ilə razılaşma əldə etmək ehtimalı artıq yoxdur”.
"Cebheinfo.az" xəbər verir ki, bunu İsrailin Moskvadakı səfiri Simona Qalperin deyib.
“Cəmi bir həftə əvvəl bir heyət Qətərdən razılaşma şansının son dərəcə aşağı olduğu qənaəti ilə geri döndü.
İndi inanıram ki, yaxın gələcəkdə bir həll yolu tapılmalıdır, bu, mütləq müəyyən tarixə qədər baş verməli deyil, amma düşünürəm ki, bu il ərzində baş verəcək. Bəli, bu il reallaşacağına inanıram”, - deyə səfir əlavə edib.
27 iyulda HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Hayya Qəzzaya tətbiq olunan blokadanın davam etməsi səbəbindən İsraillə aparılan danışıqların nəticəsiz qaldığını açıqlayıb.
Bundan öncə, İsrail Baş naziri Benyamin Netanyahu 6 iyuldan bəri Qəzza məsələsinin həlli üzrə danışıqların aparıldığı Dohadan danışıqlar heyətinin geri çağırılması göstərişini vermişdi.
Bu qərar HƏMAS-ın təklif olunan atəşkəsi rədd etməsindən sonra verilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.