Bakının Xətai rayonu, Gəncə prospekti 27 ünvanında, binaların arasından yerləşən, sakinlərin gediş gəlişi üçün istifadə olunan pilləkən uçulub -dağılır.
Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, hər səhər- axşam bu pilləkəndən istifadə edirlər. Yağışlı havalarda isə vəziyyət lap acınacaqlı olur. Əraziyə yaxın 207 saylı uşaq bağçası yerləşdiyinə görə, bu pilləkəndən uşaqlar da istifadə edir. Sakinlər uşaqların da bu pilləkəndən zərər görməyindən narahatdırlar. Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.