Elm adamları bu günün (5 avqust) tarixə keçəcəyini deyir. Dünya bu gün öz oxu ətrafında hər zamankından daha sürətli fırlanacaq. Bu da günü təxminən 1,25 millisaniyə qısaldacaq.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın dönüş sürəti artdıqca okean suları qütblərdən ekvatora axa bilər, bu isə sahil şəhərləri üçün təhlükə yaradır. Günlərin qısalması insanların bioloji saatını da poza bilər: yuxusuzluq, yorğunluq və psixoloji problemlər yarana bilər.
NASA mütəxəssisləri bildirir ki, fırlanma sürəti artarsa, qasırğalar da güclənəcək. Alimlər bu dəyişikliyin davam etməsi halında 24 saatlıq gün anlayışının yox olacağını deyir.
Xeyrənsə Piriyeva