Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Kəşmir xalqı ilə həmrəyliyinə görə Azərbaycana təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuiddin Hindistan tərəfindən qeyri-qanuni işğal olunmuş Cammu və Kəşmir xalqı ilə həmrəylik ifadə etmək məqsədi daşıyan "İstismar günü" adlı tədbirdə deyib.
Diplomat əlavə edib ki, biz Azərbaycana çox yaxın bir xalqıq və Azərbaycanın öz torpaqlarını azad etməsinə səmimi-qəlbdən sevinirik:
"Azərbaycan özü də 30 il ərzində amansız erməni işğalı altında qalmışdı. Biz isə Azərbaycana yaxın bir xalq olaraq onun müstəqilliyini və öz qanuni əraziləri üzərində nəzarətini bərpa etməsi ilə fəxr edirik".

Mərahim Nəsib
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.