Bakı. Trend:
2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faizartıb, marşrut üzrə tranzit müddəti isə əhəmiyyətli dərəcədəazalıb.
Trend xəbər verirki, bunu bu gün Türkmənistanın Avaza şəhərində keçirilən, BMT-nindənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin üçüncüKonfransı (LLDC3) çərçivəsində baş tutan plenar iclasdaAzərbaycanın Baş naziri Əli Əsədov deyib.
Onun sözlərinə görə, bir sıra Çin şəhərlərindən yola düşənkonteyner qatarları cəmi 10–12 günə Azərbaycanın paytaxtı Bakıyaçatır ki, bu da Orta Dəhlizin beynəlxalq ticarət üçün stratejiəhəmiyyətli marşrut kimi artan rolunu göstərir.
“Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin nəqliyyatinfrastrukturunun inteqrasiyası daha geniş Avrasiya qarşılıqlıbağlılığı üçün əsas yaradır”, – deyə Baş nazir BMT-nin SPECAproqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunaraqbildirib.
Baş nazir 2023-cü ilin noyabrında Bakıda proqramın 25 illiyinəhəsr olunmuş SPECA sammitinin keçirildiyini xatırladıb. Tədbirinəsas nəticələri regional əməkdaşlığın genişləndirilməsinə və qlobaliqtisadiyyata inteqrasiyaya yönəlmiş Bakı Bəyannaməsi və OrtaDəhlizin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi olub.
Rəqəmsal inteqrasiyanın perspektivlərindən danışan Ə.Əsədovvurğulayıb ki, Azərbaycan rəqəmsal transformasiya təşəbbüsünühəyata keçirir. Bu təşəbbüsün mühüm hissələrindən biri “Rəqəmsalİpək Yolu” adlı genişmiqyaslı layihədir və bu layihə Xəzərdənkənarfiber-optik kabelin çəkilməsini nəzərdə tutur.