Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) vətəndaşların növbəti qəbulu keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qəbul zamanı agentliyin sədri tərəfindən müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların müraciətləri dinlənilib, bəzi məsələlərlə bağlı yerində izahat verilib.
Vətəndaşların araşdırma tələb edən müraciətləri isə qeydə alınaraq, müvafiq qurumlarla birgə araşdırılması üçün agentliyin aidiyyəti şöbələrinin icraatına yönləndirilib.
Araşdırmanın nəticələri barədə vətəndaşlara məlumat veriləcəyi qeyd olunub. Eyni zamanda, vətəndaşların biznes fəaliyyətinin qurulması və inkişaf etdirilməsinə dair təklifləri dinlənilib, layihələrin reallaşdırılması üçün dövlət dəstəyi alətlərinə və KOBİA-nın mandatı çərçivəsində göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi aparılıb.