AZ

ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib  

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

Tərəflər ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi vurğulanıb, Orta Dəhlizin perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Seçilən
21
17
azerbaijan-news.az

10Mənbələr