AZ

Oğuzda sakinlərə balta ilə hücum edən ruhi xəstə saxlanılıb

Oğuz, 5 avqust, AZƏRTAC

Oğuz rayonu ərazisində sakinlərə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, R. Səmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq o, dərhal müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, ruhi xəstə R. Səmədov 2010-cu ildə rayon sakini Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və o, bu əməlinə görə azadlıqdan məhrum edilib. R. Səmədov dəfələrlə xəstəxanada stasionar müalicə alıb.

 

 

Seçilən
65
5
azertag.az

2Mənbələr