“Dəniz qarşılıqlı fəaliyyəti – 2025” Rusiya-Çin birgə təlimi çərçivəsində Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun xilasedici gəmiləri qəza vəziyyətində olan simulyasiya edilmiş sualtı qayığın ekipajını xilas etmək üçün məşq ediblər.
Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, avqustun 3-dən 5-dək Yapon dənizində keçirilən manevrlər zamanı Rusiya və Çin dənizçiləri dənizdə axtarış-xilasetmə, eləcə də sualtı qayıqlara qarşı missiyalar və hava hücumundan müdafiə üzrə birgə fəaliyyətlərini təkmilləşdiriblər.
Rusiya Hərbi Dəniz Qüvvələrini böyük sualtı əleyhinə “Admiral Tributs”, korvet Qromkiy, xilasedici gəmi İqor Belousov və sualtı “Volxov” gəmisi, PLA Hərbi Dəniz Qüvvələrini isə Shaoxing və Urumçi esminesləri, dizel-elektrik sualtı qayığı, inteqrasiya olunmuş təchizat gəmisi olan Qiandaohu və sualtı gəmisi təmsil edib.
Asim