AZ

“Sabah” qəzeti: “YAŞAT” Fondunun düşərgəsi Türkiyə ilə Azərbaycan arasında dostluq körpüsünün qurulmasına töhfə verib  

“YAŞAT” Fondunun 4-cü düşərgəsi sayəsində Türkiyənin şəhid ailələrinin uşaqları və yeniyetmələr Azərbaycandakı həmyaşıdları ilə dostluq əlaqələri yaradıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin məqaləsində bildirilir. Qeyd olunur ki, “YAŞAT” Fondunun və “ASAN Könüllülər” təşkilatının təşəbbüsü Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığa da mühüm töhfə verib.

Qəzet yazır: “Lənkərandakı düşərgədə Türkiyənin şəhid ailələrini təmsil edən 18 uşaq və yeniyetmə iştirak edib”. Bildirilir ki, cari ilin əvvəlindən bəri təşkil olunan yeddi düşərgəyə qəhrəmanların ailə üzvü olan 500-dən çox uşaq və yeniyetmə qatılıb.

Yazıda “YAŞAT” Fondunun və “ASAN Könüllülər” təşkilatının təşəbbüsünü “unudulmaz” adlandıran iştirakçılar - Duru Ərdoğan, Aytuq Enes Dökmeci, Muhammed Anar və başqalarının fikirləri yer alıb.

Məqalədə, həmçinin “YAŞAT” Fondunun 4-cü düşərgəsi iştirakçılarının fotoşəkilləri də yer alıb.

Seçilən
1
2
azerbaijan-news.az

3Mənbələr