AZ

Müğənni və aktrisa Firəngiz Rəhimbəyovanın doğum günüdür

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Azərbaycan müğənnisi, aktrisa Firəngiz Rəhimbəyovanın doğum günüdür.

Oxu.Az xatırladır ki, o 1958-ci ildə Bakı şəhəri, Lökbatan qəsəbəsində dünyaya gəlib.

Anası Raisanı erkən yaşda itirdikdən sonra, atası Sona adlı xanımla evlənib. Bundan sonra Firəngizin böyüməsinə, ali təhsil almasına Sona dəstək olub.

Firəngiz Rəhimbəyova 1980-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib.

Müğənni və aktrisa Firəngiz Rəhimbəyovanın doğum günüdür

1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülüb. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. nəğmələri ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan F.Rəhimbəyova ən böyük uğuru isə "Bəxt üzüyü"ndəki "Seda" rolu gətirib.

1993-cü ildə ilk həyat yoldaşından boşandıqdan sonra qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Bundan sonra o qızının adını Reyçelə dəyişdirib.

1999-cu ildə orada amerikalı memar Reymond Antoni ilə ailə həyatı qurub. Əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik edib və kiçik bizneslə məşğul olub.

2017-ci ildə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib.

O, 2022-ci il avqustun 16-da ürək tutmasından vəfat edib.

Sənətçi 2022-ci il sentyabrın 6-da Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr