Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ölkənin Baş qərargah rəisi vəzifəsinə təyin olunub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyənin Yüksək Hərbi Şura (YHŞ) iclasında qərar verilib.
Qərara əsasən, sabiq Baş qərargah rəisi ordu generalı Metin Gürak ehtiyata buraxılıb.