AZ

Bakıda taksi sayına limit qoyula bilər? -

Sosial şəbəkələrdə bəzi taksi sürücüləri təklif edirlər ki, Bakıda taksi fəaliyyətinə müəyyən məhdudiyyət qoyulmalıdır. Onların fikrincə, hazırda istənilən şəxs asanlıqla taksi sürücüsü kimi fəaliyyət göstərə bildiyi üçün bu sahədə nəzarət zəifləyib, rəqabət isə həddindən artıq artıb. Bəs görəsən, doğrudanmı paytaxtda taksilərin sayına limit qoyulmalıdır? Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Bakıda taksi fəaliyyətinə limit qoyulmasının tərəfdarı deyil. Ekspertin sözlərinə görə, bazar özü bu prosesi tənzimləyir: “Tələb artdıqca taksilərin sayı da artır, eynilə tələb azaldıqda onların sayı azalır. Sürücülərin təklif etdiyi məsələ isə Türkiyə təcrübəsidir. Şəxsən mən onun Azərbaycanda tətbiqini görmək istəməzdim”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
2
metbuat.az

3Mənbələr