AZ

Tramp 24 saat ərzində Hindistana qarşı tarif vergisini əhəmiyyətli dərəcədə artıracaq

Enerji qiymətlərinin aşağı endirilməsi Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa vadar edə bilər.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC kanalına müsahibəsində deyib.

“Hər barel neftin qiyməti 10 dollar ensə, Putinin heç bir seçimi qalmayacaq. Çünki Rusiyanın iqtisadiyyatı pis vəziyyətdədir”, - Tramp bildirib.

ABŞ lideri Çinlə münasibətlərə də toxunub. O bəyan edib ki, onun Çin lideri Si Cinpinlə münasibətləri yaxşıdır və onlar razılığa gəlsələr, bu ilin sonuna qədər görüş keçirə bilərlər.

Trampın sözlərinə görə, ABŞ və Çin razılaşmaya çox yaxındır.

ABŞ Prezidenti növbəti 24 saat ərzində Hindistana qarşı tarif vergisini əhəmiyyətli dərəcədə artıracağını da qeyd edib. O, buna səbəb kimi Hindistanın Rusiyadan neft almasını göstərib.

Donald Tramp Avropa İttifaqının öz öhdəliklərinə əməl etməyəcəyi təqdirdə, ittifaqa qarşı daha yüksək tarif vergisi tətbiq edəcəyini bildirib.

Seçilən
21
6
apa.az

10Mənbələr