AZ

"Karvan-Yevlax" 1-ci Liqa təmsilçisi ilə sınaq matçı planlaşdırır

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan-Yevlax" çempionat başlayana qədər daha bir yoxlama görüşü keçirməyi planlaşdırır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən kollektiv 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə qarşılaşmaq niyyətindədir.

Oyunun avqustun 7-də, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydanında keçirilməsi nəzərdə tutulub. Sınaq qarşılaşması ilə bağlı ictimaiyyətə məlumat verilməməsinə gəlincə, bu, öncədən planlaşdırılmayan matçdır. 

Xatırladaq ki, Yevlax təmsilçisi ötən mövsüm 1-ci Liqada 3-cü yeri tutaraq elitaya yüksəlib.

Nihat

Seçilən
3
1
fanat.az

2Mənbələr