BAKI, 5 avqust. TELEQRAF
Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorçusuz Türkiyə” Komissiyasının ilk iclası baş tutub.
Teleqraf xəbər verir ki, Türkiyə parlamentinin sədri Numan Kurtulmuş komissiyanın əsas missiyasının Türkiyəni terrordan tamamilə xilas etmək və cəmiyyət daxilində sülh və həmrəyliyi gücləndirmək olduğunu bildirib.
“Silahların tamamilə susması və təşkilatın özünü buraxması - heç bir fərdin, qurumun və ya siyasi təşkilatın deyil, bilavasitə əziz millətimizin iradəsinin nəticəsidir",-deyə N.Kurtulmuş əlavə edib.
O, vurğulayıb ki, terror Türkiyəyə yalnız can itkisi deyil, eyni zamanda böyük iqtisadi və sosial itkilər yaşadıb.
“Əgər illərlə dövlət büdcəmizi terrorla mübarizəyə deyil, inkişaf və tərəqqiyə ayıra bilsəydik, çoxdan yüzlərlə məktəb, universitet və xəstəxana inşa olunmuş olardı. Ancaq ən ağır bədəl canla ödənildi. Şəhidlərimiz və qazilərimiz bu prosesin mənəvi memarlarıdır",-deyə Türkiyə parlamentinin sədri bildirib.