ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb və abituriyentlər üçün ən vacib mərhələlərdən biri, ixtisas seçimi prosesinin başlanmasına sayılı günlər qalıb.
İxtisas seçimində əsas vasitələrdən biri də abituriyentlərin hansı bal aralığında topladığı nəticələri göstərən statistika jurnaldır ki, o da gec dərc olunur. Hətta bəzən ixtisas seçiminə cəmi bir neçə gün qalmış yayımlanır.
Bəs jurnalının gec yayımlanması seçim prosesinə necə təsir edir?
“Cebheinfo.az”-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, jurnalın gecikməsi planlı ixtisas seçimini çətinləşdirir:
“Statistika jurnalında hansı bal aralığında nəticə göstərənlərin siyası əks olunur. Bunun paralel "Abituriyent" jurnalının 4-cü sayı çıxır ki, burada ixtisas kodları, plan yerləri, universitetlərdə ixtisas üzrə ödənişlər qeyd olunur.
Normalda plan yerləri ilə statistika jurnalını qarşılıqlı şəkildə, əvvəlki illərlə müqayisə etdikdə təxminə ballarının hansı aralıqda olacağını müəyyən etmək olur. Bu baxımdan statistika jurnalının abituriyentlərin ixtisas seçim mərhələsinə yaxın dövrdə dərc olunması təhsilin planlaşdırıması baxımından bir sıra ciddi problemlər yaradır”.
Onun sözlərinə görə, statistika jurnalının yayımlanmaması abituriyentləri yanlış seçimə apara bilər:
“Jurnalın gec çıxmasının bir neçə mümkün səbəbi ola bilər. Məlumatların toplanmasında ləngimə, statistikanın düzgün yoxlmasına ayrılan vaxt, çap və nəşriyyat prosesində texniki problemlər prosesi uzada bilər.
Məhz statistika jurnalının gec çıxması abituriyentlər üçün bir neçə cəhddə mənfi nəticə ola bilər. Burada əvvəlki illərlə müqayisə apara bilməmək riskli seçimlər etməyə şərait yaradır.
Əvvəlki illərin statistikasını bilməmək reallıqdan uzaq seçimlər etməyə səbəb ola bilər. Məsələn, pedaqoji ixtisaslarda plan yerləri azaldılırsa və statistika yoxdursa, abituriyentlər yanlış seçim edə bilər”. Ekspert qeyd etdi ki, statistika jurnalı vaxtında çıxmalı, gecikərsə elektron yayımlanmalıdır:
“Jurnalı abituriyent, valideyn həm də ixtisas seçimi edən şəxs üçün kompas rolu oynayır. Bu jurnalın gec yayımlanması qərarları çətinləşdirə bilər.
Staistika jurnalı abituriyentlərin ixtisas seçimindən xeyli əvvəl çıxmalıdır ki, abituriyentlər seçimlərini real, planlı şəkildə həyata keçirə bilsin. Jurnalın gec çıxması həm şəxsi seçimlərə həm də ümümi qəbul prosesinin keyfiyyətinə mənfi təsir göstərə bilər.
Əgər jurnalın çapında problem, gecikmə varsa, abituriyentlərin ləngiməməsi üçün tövsiyə olunurdu ki, jurnalı ilkin formada elektron olaraq yayımlansın”.
Gülər
“Cebheinfo.az”
Açar sözlər:
Ekspert abituriyentlər Rizvan Fikrətoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.