AZ

Almaniya yığmasının sabiq futbolçusu vəfat edib

Almaniya yığmasının sabiq futbolçusu Frank Mill vəfat edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya millisinin heyətində dünya çempionu olmuş veteran hücumçu 67 yaşında ölüb.

O, may ayında ürəktutması keçirmişdi.

F.Mill karyerası ərzində "Rot-Vayss Essen", "Borussiya" (Münhenqladbax), "Borussiya" (Dortmund) və "Fortuna" kimi klublarda çıxış edib. I Bundesliqada 123, II Bundesliqada isə 87 qola müəlliflk edib. Dortmund "Borussiya"sının tərkibində 1989-cu ildə Almaniya Kubokunu qazanıb.

Qeyd edək ki, F.Mill Almaniya yığmasının heyətində 1990-cı ildə İtaliyada təşkil olunan dünya çempionatının qalibi olub. O, millinin heyətində 17 matça çıxıb.

Seçilən
122
3
report.az

4Mənbələr