AZ

Yırtıcı quş ovunu "bişirmək" istədi: Kəndə göydən balıq düşdü və...

Kanadanın Britaniya Kolumbiyası əyalətində yanğın və elektrik enerjisinin kəsilməsinə səbəb göydən düşən balıq olub.

Publika.az "Straits Times" nəşrinə istinadən xəbər verir ki, əhalisi 1500 nəfər olan Eşkroft şəhəri elektriksiz qalıb. Eyni vaxtda yanğınsöndürənlərə şəhər yaxınlığındakı kənd ərazisində yanğınla bağlı zəng daxil olub. 0,4 hektar ərazini əhatə edən yanğın fermerlərin və “BC Hydro” enerji şirkətinin əməkdaşlarının sayəsində tez bir zamanda lokallaşdırılıb.

İstintaq müəyyən edib ki, yanğına balıq səbəb olub. Onun yanmış qalıqları elektrik xətlərinin altından tapılıb.

Belə ki, mütəxəssislər deyir ki, osprey (Şimali Amerikada yayılmış iri yırtıcı quş) təxminən üç kilometr aralıda yerləşən çaydan ov apararkən caynaqlarından çıxıb və naqillərin üzərinə düşüb. Ovun böyük olması səbəbindən bu zaman təmas xətti qırılıb və ərazidəki quru otlar qığılcım səbəbindən od tutub.

Eşkroft Yanğınsöndürmə İdarəsi ehtimal edib ki, quş isti havalar səbəbi ilə böyük balığı apararkən yarıyolda yorulub. "Osprey qızardılmış balıq yemək qərarına gəlib", - deyə onlar həmçinin zarafat da ediblər.

Seçilən
14
publika.az

1Mənbələr