Almaniya millisinin sabiq hücumçusu Frank Mill dünyasını dəyişib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, yığmanın heyətində 1990-cı ildə dünya çempionu olmuş veteran futbolçu 67 yaşında həyatla vidalaşıb.
O, may ayında infarkt keçirmişdi.
Mill karyerası ərzində "Rot-Vayss Essen", "Borussiya" (Münhenqladbax), "Borussiya" (Dortmund) və "Fortuna" kimi klublarda çıxış edib. I Bundesliqada 123, II Bundesliqada isə 87 qola müəlliflk edib. Dortmund "Borussiya"sının tərkibində 1989-cu ildə Almaniya Kubokunu qazanıb.