AZ

Atəşfəşanlıq festivalı kabusa çevrildi: Gözlənilməz yanğın və partlayış...

Yaponiyada keçirilən ənənəvi atəşfəşanlıq festivalı faciəyə çevrilib.

Publika.az xəbər verir ki, Tokio yaxınlığındakı Yokohama şəhərində təşkil olunan Minato Mirai festivalı zamanı platformalardan bir neçəsində gözlənilməz yanğın və partlayışlar baş verib.

Hadisə zamanı iki platforma alova bürünüb, beş texniki işçi dənizə tullanaraq xilas olub. Onlardan biri yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
6
publika.az

1Mənbələr