“Kəpəz”in keçmiş futbolçusu, nigeriyalı dayaq yarımmüdafiəçisi Olavale Onanuqa yenidən Gəncə klubunun sıralarına qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Olavale Onanuqa daha öncə 2023/2024-cü illər mövsümündə də “sarı-göylər”in heyətində çıxış edib. Onanuqa həmin dövrdə “Kəpəz”də 27 oyuna 2 qol vurub. “Kəpəz”dən ayrılandan sonra Olavale “Əl-Nəsr” (Küveyt) və “Bney Yehuda” (İsrail) klublarında oynayıb. O, vaxtilə Albaniyanın “Kastrioti” klubunun da şərəfini qoruyub.
Xatırladaq ki, “Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri, Katsper Rosa və Fərid Nəbiyevi də heyətinə qatmışdı. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalanıb. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev, Şervoni Mabatşoev və İlkin Qırtımov isə komandanı tərk ediblər.
