Azərbaycanda 2024-cü il üzrə bədxassəli şişlərlə bağlı xəstələnənlərin statistik göstəriciləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ərzində ilk dəfə bədxassəli şiş diaqnozuyla qeydiyyata alınan xəstələrin ümumi sayı 15 164 nəfər təşkil edib.
Məlumatda qeyd edilib ki, onlardan 8051 nəfəri qadın, 7113 nəfəri isə kişidir.
“Rəsmi statistikaya əsasən, 2024-cü il ərzində tibb müəssisələrində qeydiyyatda olan ümumi onkoloji xəstələrin sayı 73 875 nəfərə çatıb. Bu göstəricinin 45 777 nəfərini qadınlar, 28 098 nəfərini isə kişilər təşkil edir”,- qurumdan əlavə edilib.