AZ

İldırımzadənin məhkəməsi yenə baş tutmadı - “Sonuncu dəfə xəbərdarlıq edirəm!”

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım və onunla birgə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi bu dəfə də baş tutmayıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iclasın keçirilməməsinə səbəb təqsirləndirilən şəxslərin vəkillərinin məhkəməyə gəlməməsi olub.

Cinayət işini araşdıran hakim Fəxri Məmmədov müdafiəçilərinin laqeydliyinə görə təqsirləndirilən şəxslərə irad bildirib: “İşi süni şəkildə bu qədər uzatmaq olmaz. Sizə sonuncu dəfə xəbərdarlıq edirəm, müdafiəçiləriniz məhkəməyə gəlsinlər!”

Seçilən
9
2
mia.az

3Mənbələr