AZ

Onlar birlikdə 102 milyon avro, “Qarabağ” tək 25 milyon…

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Belə ki, Qurban Qurbanovun komandası “Şkendiya” səddini keçəcəyi halda, “Ludoqorets” – “Ferentsvaroş” cütünün qalibi ilə qarşılaşacaq. Püşkatmadan əvvəl azərbaycanlı azarkeşlərin arzuladığı cütlərdən biri də bu idi.

“Ludoqorets”lə “Ferentsvaroş” arasında səviyyə baxımından ciddi fərq yoxdu. Hər iki komanda təxminən eyni gücdədi. Təsadüfi deyil ki, “transfermarkt”da həm Bolqarıstan, həm də Macarıstan çempionunun dəyəri 51,2 milyon avrodu. “Qarabağ”ın dəyəri isə 24,95 milyon avrodu.
Daha bir maraqlı məqam ondan ibarətdi ki, “Qarabağ” bu komandaların ikisini də artıq sıradan çıxarıb. Ağdamlılar ÇL-in 2022/23 mövsümündə “Ferentsvaroş”u (evdə 1:1, səfərdə 3:1), 2024/25 mövsümündə isə “Ludoqorets”i (evdə 1:2, səfərdə 7:2) cəzalandırıb.

Azərbaycanlı futbolsevərlərin yaxşı tanıdığı Mateus Saldanya ilə Kvabena Ovusu da son mövsümü “Ferentsvaroş”un heyətində keçirib. Ancaq hər biri mövsüm bitincə Macarıstan çempionundan ayrılıb. Julio Romaonun isə bu klubla 2029-cu il iyunun 30-na qədər müqaviləsi var.

Düzdü, Qurban Qurbanovun hazırda qarşısındakı yeganə hədəf “Şkendiya”dı. Lakin pley-off mərhələsindəki potensial rəqiblər də Azərbaycan çempionundan güclü deyil. Hər şey “Qarabağ”ın öz əlindədi.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
28
1
football-plus.az

2Mənbələr