AZ

İlon Mask “Tesla”dan 30 milyard dollara yaxın mükafat alacaq


“Tesla” şirkəti hazırda dəyəri 29 milyard dolardan çox olan 96 milyon səhm paketinin şirkətin baş direktoru İlon Maska mükafat kimi verilməsini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən sənəddə qeyd edilib.
Sənədə görə, planetin ən varlı adamı bu mükafatı yaxın iki il ərzində şirkətin baş direktoru və ya icraçı direktor vəzifəsində işləyəcəyi təqdirdə alacaq.  
“Biz inanırıq ki, bu mükafat Elonun “Tesla”da qalmasına və unikal idarəetmə bacarıqlarını səhmdarların dəyərinin artırılmasına, istedadlı işçilərin cəlb edilməsinə və saxlanmasına yönəltməsinə stimul yaradacaq”, - sənəddə bildirilib.
Seçilən
19
1
yeniavaz.com

2Mənbələr