AZ

Fövqəladə Hallar və Daxili İşlər nazirliklərindən yanğın təhlükəsizliyi ilə bağlı ÇAĞIRIŞ

Bakı. Trend:

Ölkə ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdəekoloji təhlükəsizliyin qorunması fonunda Fövqəladə Hallar vəDaxili İşlər nazirlikləri tərəfindən yanğınla bağlı məsuliyyəttədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsizxidmət aparılır.

Trend xəbər verir ki,Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə məlumatındadeyilir.

Bildirilir ki, yay mövsümündə havaların isti və quraq keçməsimeşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığını nəzərəalaraq hər kəsi təbiətə səfərlər zamanı müvafiq təhlükəsizlikqaydalarına ciddi əməl etməyə çağırırıq.

"Təəssüf ki, aparılan təhlillərin nəticəsində məlum olur ki,meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyətiinsan səhlənkarlığı ucbatından baş verir. Tam söndürülməmiş tütünməmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odlaehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətiribçıxara bilər.

Gəlin təbiət qoynunda keçirəcəyimiz istirahətimizi hamılıqla elətəşkil edək ki, özümüzdən sonra ətraf-mühitə bərpası illər tələbedən sağalmaz yaralar vurmayaq, yanğın təhlükəsizliyi qaydalarınaəməl edək.

Unutmayaq ki, ekoloji təhlükəsizliyi və meşə massivləriniqorumaq bizim vətəndaş kimi başlıca öhdəliklərimizdən biridir", -birgə məlumatda qeyd olunub.

Seçilən
18
48
az.trend.az

6Mənbələr