Almaniya yığmasının sabiq futbolçusu Frank Mill vəfat edib.
Futbolpress.az xəbər verir ki, 67 yaşlı keçmiş oyunçu may ayında keçirdiyi infarktın ağırlaşması nəticəsində dünyasını dəyişib.
Mill Almaniya yığması ilə 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının qalibi olub. O, yığmada 17 oyuna çıxıb.