AZ

TƏCİLİ! Evini sığortalamayanlar CƏZALANACAQ

Azərbaycanda sığorta şirkətlərinə inamsızlıq davam edir: Problem maddiyyatdır, yoxsa yanaşma?


Azərbaycanda sığorta bazarının inkişaf tempi hələ də gözlənilən səviyyədə deyil. Mütəxəssislər hesab edirlər ki, bu sahəyə vətəndaşların marağının zəif olmasının səbəbi təkcə maddi çətinliklər deyil, daha çox psixoloji və informasiya çatışmazlığı ilə bağlıdır. Etimadsızlığın kökündə nə dayanır?



Mövzu ilə bağlı Referans-a danışan sığorta eksperti Nicat Əlibəyli qeyd edir ki, insanların əksəriyyəti sığortaya hələ də tam etibar etmir. Bu inamsızlıq, çox vaxt keçmişdə yaşanmış mənfi təcrübələrdən qaynaqlanır. Detallı baxdıqda görürük ki, əksər hallarda sığorta ödənişlərinin gecikməsi və ya ümumiyyətlə verilməməsi vətəndaşın öz səhlənkarlığı ilə bağlı olur. Lazımi sənədlər, rekvizitlər vaxtında təqdim olunmur, nəticədə isə problem yaranır. Maarifləndirmə zəifdir


Ekspert hesab edir ki, maarifləndirmə tədbirləri yetərsizdir. Son illərdə müəyyən addımlar atılsa da, bu təşəbbüslər geniş auditoriyaya çatmır və ya insanlarda real davranış dəyişikliyi yaratmır. İnsanlar sığortanı təhlükəsizlik deyil, formal öhdəlik kimi görür. Əslində isə bəzi sığorta məhsulları olduqca sərfəlidir. Məsələn, daşınmaz əmlakın icbari sığortası il ərzində cəmi 50 manat təşkil edir. Bu isə göstərir ki, problem daha çox yanaşma və məlumat azlığındadır.


Nə etməli?


Nicat Əlibəylinin fikrincə, sığorta bazarının inkişafı üçün sadəcə maarifləndirmə kifayət deyil. Bu proses sistemli, davamlı və həyatdan real nümunələrlə izah olunmalıdır.


“Eyni zamanda, sığorta şirkətləri şəffaf və müştəriyönümlü xidmət təqdim etməlidirlər. İnsan yalnız məntiqini başa düşdüyü və inandığı xidmətə güvənə bilər.” Beləliklə, Azərbaycanda sığorta sektorunun böyüməsi üçün inamın bərpası, geniş maarifləndirmə və vətəndaş-müəssisə arasında qarşılıqlı güvən mütləqdir", - deyə ekspert əlavə edib.


Gülgəz Qədirova

Referans  

Seçilən
36
referans.az

1Mənbələr