Bu təxribatla bağlı "Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun fikirlərini öyrəndik. Onun "Football-plus.az"a cavabı:
"Azərbaycanın Yunanıstandakı səfirliyi bu məsələlərlə bağlı əvvəldən region polisiylə əlaqə yaratmış, müəyyən təhlükəsizlik tədbirləri görülmüşdü. Stadiona gətirilən bayraqlar Ermənistan bayrağı idi ki, polisin müdaxiləsiylə dərhal yığışdırıldı. Səfirliyimizin əməkdaşları qondarma "DQR" bayrağını kağızlara çap edərək polislərə vermiş və həmin bayraqların stadiona buraxılmamalı olduğunu bildirmişdi. Belə də oldu. Qalan məsələlərə gəlincə, bunu düşmənçilik saymazdım. Çünki şəhərdə çox rahat gəzə, istədiyimiz yerə gedə bilirdik. Yalnız həm oyuna gələndə, həm də stadionda müəyyən fikirlər səsləndirildi ki, bu da normaldı. Azarkeşlərin belə təzyiq göstərmək cəhdinə futbolda rast gəlinir".
KƏNAN BAHADIR