AZ

Conatan Ta “Bayern”ə keçidini şərh etdi

“Bayern”in 29 yaşlı almaniyalı mərkəz müdafiəçisi Conatan Ta Leverkuzen “Bayer”indən Münhen klubuna keçidi ilə bağlı şərh verib.

Arena.az “Bayern”in rəsmi saytına istinadən, Tanın müvafiq açıqlamasını təqdim edir:

“Heç bir narahatlığı yoxdur (gülür). Amma bu, mənim üçün rahatlıq dairəsindən çıxmaq idi və mən buna tamamilə anlaşıqlı surətdə gedirdim: Leverkuzendə on il keçirmişəm, klub və mən tərəqqi etməkdə idik, indi isə tamamilə yeni bir şəraitlə tanış olmaq zamanının gəldiyini hiss etdim. Mən “Bayer”ə, birlikdə keçirdiyimiz vaxt müqabilində minnətdaram. Amma düşünürəm ki, hərdən özünə də sual vermək gərəkdir: daha bir addım atmaq üçün nə edə bilərəm ki, tərəqqi edim – həm bir şəxsiyyət və həm də bir futbolçu olaraq. Məhz buna görə də mən müvafiq qərarımı vermişəm”, deyə Ta Almaniya nəhənginə qoşulmasını əsaslandırıb.

Xatırladaq ki, cari ilin may ayına Ta “Bayern”lə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. Alman mətbuatına görə, Tanın Münhen klubunda mövsümlük qazancı 14 milyon avro məbləğ təşkil edəcək.

2024/2025-ci illər mövsümndə Ta “Bayer” üçün 49 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Conatan Ta 2016-cı ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 37 oyun keçirib.

Ta “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
arena.az

1Mənbələr