AZ

Azərbaycan elektrik mühərrikli nəqliyyat vasitələrini hansı ölkələrdən alır? - SİYAHI

Bakı. Trend:

Bu ilin ilk 5 ayında Azərbaycana 13 ölkədən 25,8 milyon ABŞdolları dəyərində 767 ədəd yalnız elektrik mühərrikilə hərəkətəgətirilən nəqliyyat vasitələri idxal edilib.

Bu barədə TrendDövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 27,7 milyon ABŞ dolları və ya 2,1 dəfə,həcm baxımından isə 483 ədəd və ya 1,6 dəfə azdır.

Bəs, Azərbaycana elektrik mühərrikli avtomobillərhansı ölkələrdən gətirilir?

Cari ilin ilk 5 ayında ölkəyə yalnız elektrik mühərrikiləhərəkətə gətirilən nəqliyyat vasitələri ən çox Çindən gətirilib.Belə ki, hesabat dövründə sözügedən ölkədən Azərbaycana 9,4 milyonABŞ dolları dəyərində 342 ədəd sözügedən nəqliyyat vasitələri idxaledilib.

Siyahıda ikinci pillədə 274 ədəd elektromobil idxalı ilə AmerikaBirləşmiş Ştatları gəlir. Bu qədər elektromobilin alınmasınatəqribən 5 milyon ABŞ dolları sərf edilib.

Azərbaycanın ən çox elektrik mühərrikli nəqliyyat vasitələriidxal etdiyi ölkələr siyahısında ilk üçlüyü Almaniya tutur. Beləki, bu ilin yanvar-may aylarında sözügedən ölkədən Azərbaycana 7,4milyon ABŞ dolları dəyərində 94 ədəd elektromobil gətirilib.

2025-ci ilin yanvar-may ayları ərzində digər ölkələr üzrəAzərbaycana idxal edilən yalnız elektrik mühərrikilə hərəkətəgətirilən nəqliyyat vasitələri üzrə göstəriciləri təqdimedirik:

Ölkə

Miqdar

Məbləğ (Min ABŞ dolları)

Koreya Respublikası

25

389,62

Yaponiya

9

164,58

Avstriya

8

1061,07

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı

5

2095,38

Meksika

4

75,6

İsveç

2

25,6

Cənubi Afrika Respublikası

1

34

Türkiyə

1

2,04

İspaniya

1

28,97

Rumıniya

1

5

Seçilən
12
1
az.trend.az

3Mənbələr