"Porto" klubu ilə 2003-04 mövsümündə Çempionlar Liqasının çempionu olan Jorje Kosta 53 yaşında vəfat edib.


Offsideplus.az xəbər verir ki, o, infarkt keçirərək dünyasını dəyişib. 

Qeyd edək ki, Jorje Kosta "Porto"nun əfsanələrindən biri idi. O, futbolçu kimi 1990-2005-ci illərdə bu klubda çıxış edib, 324 oyuna 20 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Jorje, həmçinin, bu klubda 8 dəfə Portuqaliya liqasının, 5 dəfə Portuqaliya Kubokunun, 8 dəfə Portuqaliya Superkubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Kubokunun, 1 dəfə Qitələrarası Kubokun çempionu olub.