Özbəkistan Respublikasının Nukus şəhərinin sakini keçmiş həyat yoldaşına övladının alimenti üçün əvvəlcədən 180 min dollar (təxminən 306 min manat) ödəyib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu yanında Məcburi İcra Bürosunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu, respublikada aliment ödənişləri üzrə rekorda çevrilib. Mətbuat xidməti bildirib ki, məhkəmədə kişi bütün məbləği əvvəlcədən ödəmək istəyib.
“Respublika Nazirlər Kabinetinin qərarına əsasən, onun növbəti 13 (on üç) il ərzində ödəməli olduğu aliment hesablanıb və bu məbləğ 2,27 (yerli valyuta ilə) milyard manat təşkil edib”, - məlumatda deyilir.
Respublikada aliment ödəməkdən yayınma 15 sutkalıq inzibati həbs və ya 20 baza hesablanma vahidi (təxminən 650 ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırılır. Alimentdən qəsdən və davamlı yayınan şəxslər üçün isə cəza 3 ilədək azadlıqdan məhrumetmə ola bilər.