Qırğızıstanda 5,1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Zəlzələnin ocağı Cəlal-Abad rayonunda, Bazar-Korqondan 30 kilometr aralıda yerləşib. Yeraltı təkanlar Bişkeklə yanaşı, Özbəkistan və Qazaxıstanda da hiss olunub.
Qazaxıstanda cənub rayonlarının sakinləri yeraltı təkanları hiss ediblər. Hesablamalara görə, episentrdə intensivlik 2 bala qədər olub.
Daşkənddəki yeraltı təkanlar təxminən 40-50 saniyə davam edib. Çoxmərtəbəli binaların sakinləri yeraltı təkanların hiss olunduğunu, mənzillərində çılçıraqların yırğalandığını bildiriblər.