GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Rusiyaya iqtisadi təzyiqi artırmaqla bağlı qərarını daha da sərtləşdirir. Bununla belə, mümkün yeni sanksiyaların nə dərəcədə effektiv olacağı sual doğurur?
Globalinfo.az xəbər verir ki, bu barədə köşə yazarı Nikolas Fenton “Foreign Policy” jurnalı üçün apardığı araşdırmada yazıb.
“Əgər ABŞ-ın məqsədi tezliklə sülhə nail olmaqdırsa, o zaman təkcə indiki sanksiyalar kifayət etməyəcək. Bu gün beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiya kifayət qədər yüksək döyüş hazırlığını qoruyub saxlayır və proqnozlara görə, hərbi münaqişəni ən azı daha üç il davam etdirə bilər. Son üç il yarım ərzində Moskva təkcə iqtisadi fəallığı qoruyub saxlamayıb, həm də iqtisadiyyatı uğurla müharibə vəziyyətinə uyğunlaşdırıb. Rusiya iqtisadiyyatının dayanıqlığının səbəblərindən biri də ideoloji səfərbərlikdir. Əhalinin əhəmiyyətli hissəsi təkcə maliyyə səbəblərinə görə deyil, həm də əqidəsi üzündən prosesə cəlb olunur”.
“Foreign Policy”nin köşə yazarı belə qənaətə gəlir ki, Rusiya iqtisadi sistemində zəif nöqtələr var və Vaşinqton sanksiyaların formal şəkildə gücləndirilməsinə deyil, onların strateji dəqiqliyinə diqqət yetirməlidir. Yalnız bundan sonra onlar vəziyyətin dəyişməsində həlledici rol oynaya biləcək.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.