BAKI, 5 avqust. TELEQRAF
Rusiyanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Sergey Pastuxov vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
Teleqraf xəbər verir ki, təqsirləndirilən şəxs Sergey Pastuxov 4 il azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə S.Pastuxov cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İstintaq müəyyən edib ki, o, 2018-2019-cu illərdə Leninqrad vilayətində cavabdeh olduğu dövlət əmlakı ilə bağlı saxta sənədlər hazırlayıb.
Onun Rusiya Müdafiə Nazirliyinə vurduğu ziyan 80 milyon rubl (1 milyon dollar) olduğu bildirilir.