AZ

Sənədsiz ev sahiblərinə YENİ XƏBƏR: Bu dövlət qurumuna MÜRACİƏT ETMƏLİSİNİZ

Paytaxt ərazisində dəmir yolu xəttinə yaxın ərazilərdə yerləşən sənədsiz evlərin sökülməsi prosesi gündəmdədir.

 

Uzun müddətdir sözügedən ərazilərdə məskunlaşan sakinlər üçün bu qərar həm hüquqi, həm də sosial baxımdan narahatlıq yaradır. Dövlət qurumları təhlükəsizlik və şəhərsalma qaydalarını əsas gətirsə də, ictimaiyyətdə evlərin taleyi və sakinlərin hüquqları ilə bağlı suallar qalmaqdadır.

 

Məlumatlara görə, dəmir yolu xətləri üzrə 24 metr və daha az məsafədə yerləşən yaşayış evləri təmamilə söküləcək.

 

Hazırda işlər hansı mərhələdədir? Vətəndaşlar öz sənədsiz evlərinin aqibəti ilə bağlı haradan məlumat almalıdır? Sənədlərin verilməsi üçün vətəndaşlar hara müraciət etməlidirlər?

 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans-a açıqlamasında bu sualları cavablandırıb.

 



“Sökülən yerlər sadəcə mavi zolağa düşən – qanunla qadağan olunmuş ərazilərdir. Bununla bağlı hökümət həmin ərazilərdə evləri sökür. Yəni heç bir kompensasiyadan söhbət getmir. Mühafizə zolaqlarına düşməyən digər ərazilərdə olan qanunsuz tikililərin məsələsinə isə tədricən baxılacaq. Gördüyünüz kimi, son vaxtlar Daşınmaz Əmlak üzrə Dövlət Kadastrı və Reysteri Xidmətində olan siyahı genişləndirildi. Siyahı böyüdüyünə görə digər kateqoriyaya aid əmlakların qeydiyyata alınması ilə bağlı töhfə yarandı. Belə ki, vaxtı ilə kənd soveti, yerli icra hakimiyyətləri tərəfindən verilmiş sənədlər əsasında əmlaklar artıq tanınacaq. Gələcəkdə də bu siyahının daha da genişlənməsi gözlənilir”.


Vətəndaşın sənəd almaq üçün hara müraciət etməsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, ilk növbədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsinə edilən son dəyişiklikləri əhatə edən sənədlərin siyahısı ilə tanış olmaq lazımdır. Əgər bu siyahıda qeyd olunan sənədlərdən biri və ya bir neçəsi vətəndaşın əlində varsa, yaşadığı ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlidir.


 

Fidan Vəlisoy 

Seçilən
10
referans.az

1Mənbələr