AZ

ABŞ Yaponiya ilə irimiqyaslı hərbi təlimlər keçirəcək – 14 minə yaxın hərbçi iştirak edəcək

Bakı. Trend:

Yaponiya Silahlı Qüvvələri gələn ay ABŞ dəniz piyadaları iləbirlikdə “Resolute Dragon” adlı genişmiqyaslı təlimlərkeçirəcək.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu təlimlərdə ən yeni reaktiv sistemlərdənistifadə ediləcək və onlar, xüsusilə, Okinava prefekturasının cənubadalarını, Kiusyu adasının cənub-qərb hissəsini və Rusiyaya yaxınyerləşən Yaponiyanın ən şimal adası Hokkaydoni əhatə edəcək.

Yapon ordusunun komandanlığının açıqlamasına görə, manevrlər11-25 sentyabr tarixlərində baş tutacaq.

Təlimlərdə Yaponiyanın quru qoşunlarından 12 min hərbçi,həmçinin təxminən 1,9 min ABŞ dəniz piyadası və digər amerikalıpersonal iştirak edəcək.

Məqalədə:
Seçilən
42
2
az.trend.az

3Mənbələr