Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Krım körpüsünü növbə gözləmədən keçən ruslar cərimələnə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, avqustun 4-də körpünün yaxınlığında dəhşətli tıxac yaranıb. Tıxacın uzunluğu 35 kilometr olub.
Telekanalın məlumatına görə, tıxacdan bezən bəzi sürücülər növbəni gözləmirlər. Bu da körpüdə tıxacın uzunluğunu daha da artırır.
Tıxacla mübarizə üçün körpüdə növbəni gözləmədən keçən sürücülərin cərimələnəcəyi, hətta lisenziyalarını itirmək təhlükəsi ilə üzləşəcəkləri bildirilir.
Bununla belə, yol xidməti əməkdaşları 35 kilometrlik dəhşətli tıxacın tədricən aradan qalxacağına inanırlar.
Onlar bunu, avqustun sonu - sentyabrın əvvəllərində rusların ənənəvi kütləvi köçü ilə əlaqələndirirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.