"Qalatasaray" klubu 25 yaşlı hücumçu Yunus Akgünlə yeni müqavilə imzalamağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçu ilə 4 illik yeni müqavilə üçün bütün şərtlərdə razılıq əldə edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Akgünə bir neçə Avropa klubundan, o cümlədən "Napoli"dən təkliflər gəlsə də, futbolçu bu təklifləri rədd edərək karyerasını "Qalatasaray"da davam etdirmək qərarına gəlib.

Yeni müqavilənin rəsmi imzası yaxın günlərdə atılacaq. Klub həmçinin gənc futbolçularından biri olan Barış Alper Yılmazla da müqavilənin uzadılması üçün danışıqları tamamlayıb.

Qeyd edək ki, Yunus Akgün ötən mövsüm "Galatasaray"ın heyətində həm Türkiyə Superliqasında, həm də avrokuboklarda mühüm rol oynamışdı.