GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərinə həsr olunan iclas keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə baş nazirin ofisindən məlumat verilib.
Məlumata görə, görüş üç saata yaxın davam edib.
“Müzakirə zamanı İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında gələcək fəaliyyət planlarını təqdim edib. İsrail ordusu hərbi-siyasi kabinetin qəbul etdiyi istənilən qərarı yerinə yetirməyə tam hazır olduğunu açıqlayıb”, – ofisdən bildirilib.
KAN 11 telekanalının məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, baş nazir Netanyahu Qəzzanı ələ keçirməyə hazırlaşır. Bu ərəfədə kəşfiyyat xidmətlərinin keçmiş rəhbərləri də daxil olmaqla təxminən 600 yüksək rütbəli İsrail rəsmisi ABŞ prezidenti Donald Trampa açıq məktub göndərib. Onlar Trampı müharibəni dayandırmaq üçün Netanyahuya təzyiq göstərməyə çağırıblar.
Həmçinin oxuyun:
Müsəlmanlar susdu, xristianlar ayağa qalxdı: Üç dostundan İsraillə bağlı gözlənilməz sözlər – Bakı da…
Xatırladaq ki, daha öncə Ynet portalı Netanyahunun yüksək rütbəli rəsmilərinə istinadən xəbər verib ki, siyasi rəhbərlik Qəzza zolağının tam işğalı ilə bağlı qərar qəbul etməyə çox yaxındır. İsrail tərəfi hesab edir ki, girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib və münaqişənin hərbi yolla həllinə alternativ yoxdur. Ancaq Baş Qərargah rəisi Eyal Zamir də daxil olmaqla ölkənin hərbi rəhbərliyi belə bir addıma qarşı çıxıb.
Eyni zamanda, İsrail ordusunun Qəzza ərazisinin 75%-nə artıq nəzarət etdiyi iddia olunur. Lakin təklif olunan plana görə, onlar hazırda iki milyondan çox fələstinlinin cəmləşdiyi ərazilər də daxil olmaqla bütün torpaqları işğal edəcəklər.
Məlumat üçün bildirək ki, Qəzzanın 2,1 milyon sakininin təxminən 90%-i evlərini tərk etmək məcburiyyətində qalıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.