AZ

Motosikletlə şou göstərən sürücü saxlanıldı; vəsiqəsi birdəflik əlindən alındı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polis motosikletlə şou göstərən sürücünü cəzalandırıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Sakarya şəhərində baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb. D-650 avtomobil yolunun Adapazarı-Karasu keçən hissəsində 18 yaşlı sürücü nəqliyyatın sıx olduğu vaxtda idarə etdiyi 54-ACU-042 dövlət nömrə nişanlı motosikletlə qaydalara zidd hərəkətlər edərək həm özünün, həm də digər iştirakçıların həyatını təhlükəyə atıb.

Bu təhlükəli hərəkətləri isə bir avtomobildə olan qadın sərnişin mobil telefon vasitəsi ilə lentə alaraq sosial şəbəkə hesabından paylaşıb.

Görüntülərdən sonra Sakarya şəhər Yol Polisi İdarəsinin əməkdaşları hərəkətə keçərək motosikletin sahibini qısa müddətdə müəyyən edərək 18 yaşlı E.A-nı saxlayıblar. O, qanunamüvafiq qaydada 305 manat cərimələnib və sürücülük vəsiqəsindən birdəfəlik məhrum edilib. Bundan əlavə, motosikleti də cərimə meydançasına aparılıb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
avtosfer.az

1Mənbələr