GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. Kremlin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Putin müvafiq işlərin ekspertlər səviyyəsində aparılmasından sonra Zelenski ilə görüşə bilər.
Analitiklər hesab edir ki, belə bir görüş gərgin vəziyyətin yumşalmasına və münaqişənin həlli istiqamətində müsbət addımların atılmasına səbəb ola bilər.
Bu görüşün keçirilməsi nə dərəcədə realdır və necə nəticənə bilər?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ukrayna bu məsələdə hər zaman açıq mövqe sərgiləyib:
“Kiyev dəfələrlə bəyan edib ki, liderlərin görüşü birbaşa Rusiyanın təşəbbüsü ilə təklif olunub. Zelenskinin də bu barədə açıqlamaları olub. O, Putinlə görüşmək istədiyini bildirib və belə bir görüşün baş tutmasına heç bir maneə görmədiyini qeyd edib. Hesab edirəm ki, ilin sonuna doğru Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə İstanbulda liderlər arasında görüş keçirilə bilər. Bu görüşdən həlledici olmasa da, mühüm nəticələr gözlənilir. Xüsusilə, humanitar yardım məsələsinin aktuallığını qoruduğu və bu istiqamətdə razılaşmanın əldə oluna biləcəyi istisna edilmir”.
Həmçinin oxuyun:
Putin fantastik şansı itirdi – KİV
Politoloq qeyd edib ki, Rusiya tərəfi bu məsələyə dair bəzi açıqlamalar versə də, real addımlar atmır:
“Eyni zamanda, atəşkəs barədə fikir mübadiləsi aparılır. Lakin Moskvanın tərəddüdlü mövqeyi hiss olunur, çünki Rusiya Donbas bölgəsini tam şəkildə nəzarətə götürmək və yalnız bundan sonra danışıqlara başlamaq niyyətindədir. Hazırda Rusiya “ildırımsürətli müharibə” strategiyasına keçməyə çalışır və Donbasın qısa zamanda işğalını planlaşdırır. Bundan sonra Ukrayna ilə danışıqlara başlamaq istədiyi bildirilir”.
Ləman İmran
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.