BAKI, 5 avqust. TELEQRAF
Fransanın cənubunda Ribot şəhərinin yaxınlığında güclü meşə yanğını başlayıb.
Teleqraf “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə xeyli qüvvələr səfərbər edilib.
Hadisə yerinə 430-dan çox yanğınsöndürən gedib.
Yanğın söndürülməsi səbəbindən ərazidə bütün yollar bağlanıb
Məlumata görə, baş verən hadisə meşə yanğınları üçün ən yüksək (qırmızı) xəbərdarlıq səviyyəsində açıqlanıb.