AZ

Finlandiya ABŞ-dan Ukrayna üçün silah almayacaq – Müdafiə naziri

Finlandiya Ukraynaya hərbi yardım çərçivəsində silah və sursatı ABŞ-dan almaq niyyətində deyil. Bu barədə ölkənin müdafiə naziri Antti Hyäkkänen yerli mediaya açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Finlandiya Ukraynaya silah tədarükünü bundan sonra əsasən ölkə daxilində fəaliyyət göstərən müdafiə sənayesi müəssisələri vasitəsilə həyata keçirmək niyyətindədir. Bu məqsədlə Helsinki 660 milyon avro məbləğində yeni yardım paketi formalaşdırıb.

“Finlandiya ABŞ-ın silah alışı təşəbbüsündə iştirak etməyi planlaşdırmır. Biz silah və sursatları öz müdafiə sənayemiz vasitəsilə alaraq Ukraynaya göndərəcəyik”, – deyə Hyäkkänen vurğulayıb.

Qeyd edək ki, bu qərar ABŞ-ın Avropa ölkələrinə Ukrayna üçün silah tədarükü təşəbbüsü fonunda qəbul olunub. Vaşinqton bu təşəbbüsə digər müttəfiqlərin də qoşulmasını təşviq edir. Lakin Finlandiya bu mərhələdə ABŞ silah bazarından istifadə etmək niyyətində deyil.

Finlandiya Ukraynaya hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Rəsmi məlumatlara görə, 2022-ci ilin fevralından bəri bu ölkə Ukraynaya ümumilikdə 3,3 milyard avro dəyərində hərbi yardım göstərib.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr